Maraqlı

Qadınlar nisbətən uca səslə qılınmalı namazları o şəkildə qılmalıdırlar yoxsa səssiz?

16 May 2019 23:50
0 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəriətə görə, sübh namazında, məğrib və xiftən namazlarının birinci və ikinci rükətlərində surələr nisbətən uca səslə oxunmalıdır. Səsin ucalığının miqdarı budur ki, insanın yanında duran şəxs onun səsini eşitsin (nə dediyini aydın eşitməsi vacib deyil). Bu hökm kişilər üçün vacibdir və qəsdən pozularsa, namaz batil olar.

Milli.Az islam.az-a istinadən bildirir ki, qadınlar isə deyilən namazlarda surələri həm ucadan, həm də astadan (pıçıltı ilə) oxuya bilərlər, seçim imkanı onların özündədir. Lakin surələri ucadan oxumaq o halda mümkündür ki, qadının səsini naməhrəm şəxs eşitməsin. Əgər naməhrəm şəxs eşidirsə və ya eşitmək ehtimalı varsa, qadın namazı astadan qılmalıdır. Naməhrəm səsini eşitdiyi halda qadın namazı ucadan qılsa, namaz batil olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.