Maraqlı

Texasda eyni nöqtəyə səkkiz saniyədə 11 dəfə ildırım düşüb

16 May 2019 22:55
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Texas əyalətinin cənubundakı bir ərazidə eyni nöqtəyə səkkiz saniyədə 11 dəfə ildırım düşüb.

Milli.Az chip.az-a istinadən bildirir ki, bu anlar video lentə alınaraq "Twitter"də paylaşılıb. Belə bir deyim var ki, ildırım eyni yerə iki dəfə düşməz. Amma buradan görünür ki, şimşək eyni yerdə çaxmağı sevir. ABŞ-da Hyuston yaxınlığında baş verən fırtınada bir əraziyə 11 dəfə ildırım düşməsi video lentə alınıb.(Aləmlərin müharibəsi kimi).

Görüntülərin sahibi Brett Buffington "Hyustonda fırtınalı bir gecə. İldırım bir neçə saniyə ərzində eyni nöqtədə 11 dəfə çaxdı. Bu Fort Bend və Waller şəhərlərinin üzərindən keçən fırtınanın bir hissəsi idi"-deyə qeyd edərək paylaşıb.

İstifadəçilərdən biri ildırım vuruşunun pis olduğunu, eyni zamanda 11 dəfə təkrarlanmasının ümumiyyətlə təsəvvür edə bilmədiyini yazıb. Videonu izləyən başqa bir nəfər isə çəkilişi edə bildiyi üçün Brett Buffingtonu təbrik edərək "Bunu necə alındıra bilirsiniz?Mənim bağçamda küçə pişiklərindən başqa maraqlı nəsə yoxdur"-deyə maraqlı şərh bildirib.

Hadisə zamanı ölən və ya yaralıların olmadığı vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.