Maraqlı

eBay kriptovalyutaları qəbul edə bilər

16 May 2019 23:55
0 Şərh     Baxış: 557

Amerikanın məşhur online ticarət platforması olan eBay kriptovalyuta ilə ödəniş qəbul etməyə hazırlaşır.

Chip.az xəbər verir ki, bu xəbər mayın 12-dən başlayaraq kütləvi informasiya vasitələrində müzakirə edilir. Buna əsas səbəb Nyu-Yorkda keçirilən "Consensus 2019″ konfransında reklam bannerlərindəki məlumatlar olub. Bannerin bir tərəfində "Virtual Kriptovalyuta. Bu eBay-da baş verir" digər tərəfində isə "dünyanın ən böyük ticarət platformasında aktiv alıcıların sayı 179 milyona çatıb". Bu məlumat kriptovalyuta cəmiyyətində aktiv müzakirələrə səbəb oldu və bəzi istifadəçilər eBay-ın bu təşəbbüsünü blockchain və rəqəmsal valyutaların kütləvi şəkildə qəbul olunmasına əhəmiyyətli dərəcədə kömək edəcəyini ifadə etdilər. eBay özü bu informasiya ilə bağlı heç bir rəsmi aşıqlama verməyib. Buna baxmayaraq mayın 13-ü bitkoinin qiyməti 7033-dən 7846 dollara qalxdı.

Xatırladaq ki, bir müddət əvvəl eBay Amerika-nın vitse prezidenti Scott Cutler öz müsahibəsində bildirmişdi ki, şirkət bitcoin ilə ödənişlərin qəbulu imkanlarını araşdırır.

Scott Cutler: "Biz bu ideyaya ciddi yanaşırıq, çünki rəqəmsal valyutalar ödəniş vasitəsi kimi daha optimal alətə çevrilməkdədir. Lakin indiki zamanda biz bunu reallaşdırmağa hələ hazır deyilik".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.