Maraqlı

Google İphone ilə zarafat etdi

16 May 2019 07:21
0 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" büdcə dostu "Pixel 3a" ilə telefon bazarına yenidən daxil oldu.

Milli.Az chip.az-a istinadən bildirir ki, şirkətin "Pixel" seriyası üst seqment məhsulu kimi bazara təqdim olunur. Eyni zamanda "iPhone"ə yaxın qiymətdə təklif olunur.  Hazırda bazara büdcə dostu "Pixel" telefonunu təklif edən "Google"  "Apple" şirkətinə müraciət etməkdən çəkinməyib.

"Google" reklam lövhəsində, "PhoneX" sözünün aşağısında 999 dollar yazaraq "Apple"a müraciət ünvanlayıb. Bu mətnin alt tərəfində isə 399 dollarlıq "Pixel 3a" yer alır. Beləliklə 999 dollarlıq "iPhone-X"in kamerası qaranlıq şəkillər çəkərkən, 399 dollar "Pixel 3a"nın kamerası daha dəqiq fotoşəkillər çəkə bilməsi qeyd oluinub .

"Pixel 3a" ən böyük satış strategiyasını üst seqmentə məxsus telefonlarını daha sərfəli qiymətə  təklif edərək həyata keçirir.

Qeyd edək ki, "Google"  bu reklamı "Apple" sevərlərin "Pixel 3a"nın şəkil çəkmək keyfiyyətinin geridə qalması barədə  sosial mediadakı  paylaşımından sonra yayımlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.