Maraqlı

Adobe köhnə versiyalardan istifadəni məhdudlaşdırır

16 May 2019 07:41
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Adobe Creative Cloud" istifadəçilərinə tətbiqlərinin köhnə versiyalarından istifadə etməyə şərait yaratdı.

Milli.Az chip.az-a istinadən bildirir ki, istifadəçiləri sevindirən bu yenilik  məhdud çərçivədə tətbiq olunub. Belə ki, "Adobe CC" köhnə versiyaların müəyyən qismindən istifadəyə icazə verir.

Hər bir tətbiq üçün müxtəlif versiyaları çıxaran "Adobe CC"nin əsas məqsədi istifadəçilərin tələblərini daha dəqiq şəkildə qarşılamaqdır. Bununla bərabər "Photoshop" və "Lightroom"  tətbiqlərinin son iki böyük versiyalarından daha öncə yayımlanan bütün versiyaları aradan qaldırılıb.

"Adobe" proqramlarını aktiv şəkildə istifadə edirsinizsə və köhnə versiyalardan məlumatınız yoxdursa "Creative Cloud"da  "Proqramlar" bölməsindən "Digər versiyalar" ı seçə bilərsiniz. Bu yolla proqramın bütün köhnə versiyalarını görə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.