Maraqlı

Yüksəksürətli internet üçün SpaceX peykləri hazırlanıb

16 May 2019 08:11
0 Şərh     Baxış: 427

"SpaceX" şirkətinin təsisçisi İlon Maskın "Twitter" səhifəsində dünya peyk sisteminin əsasını təşkil edəcək 60 "Starlink" peykinin şəkli dərc olunub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət yaradıcısının sözlərinə görə, "SpaceX" peyklərin buraxılışını mayın 15-də "Falcon 9" raketdaşıyıcısı vasitəsilə planlaşdırır. "Starlink" peykləri İ.Maskın yüksəksürətli internet üçün peyklər şəbəkəsinin yaradılması üzrə planının tərkib hissəsidir. O, layihə barədə ilk dəfə 2015-ci ildə məlumat verib və hazırda 12 mindən ibarət şəbəkə yaratmağa hazırlaşır. Plan həyata keçiriləcəyi təqdirdə bütün internet istifadəçiləri yaşayış yerindən asılı olmayaraq məlumatları orta göstəricidən təxminən 40 dəfə daha sürətli yükləmək imkanı əldə edəcəklər. "SpaceX" nümayəndələri bu xidmət üçün ödənişin nə qədər olacağı barədə məlumat verməsələr də, layihənin məqsədi tariflərin aşağı səviyyədə saxlanılmasından ibarətdir.

"SpaceX" şirkəti fevralda "Falcon 9" raketdaşıyıcısının uğurlu buraxılışını həyata keçirərək "Starlink" sisteminin "Tintin A" və "Tintin B" eksperimental peyklərini orbitə çıxarıb. Növbəti buraxılış sənaye istehsalı səviyyəli peyklərin son versiyasının buraxılışını nəzərdə tutur. İ.Maskın sözlərinə görə, kiçik ərazini internetin əhatə dairəsinə daxil etmək üçün hər biri 60 peyk olmaqla daha 6 buraxılışın həyata keçirilməsi tələb olunduğu halda məhdudlaşdırılmış əhatə dairəsi üçün 12 belə peyk lazımdır.

"SpaceX" şirkəti 2020-ci ildə ilk zonaları internetlə əhatə etmək niyyətindədir.

"Starlink" şəbəkəsi optik-lif şəbəkələri ilə müqayisədə hazırkı siqnal paylama sistemləri ilə deyil, simsiz rabitə şəbəkəsinə birbaşa çıxış vasitəsilə internetə daha sürətli çıxışı nəzərdə tutur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.