Maraqlı

macOS istifadəçiləri təhlükə qarşısındadır

16 May 2019 08:21
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Doktor Veb" antivirus istehsalçısı "macOS" əməliyyat sisteminin istifadəçiləri üçün təhlükə yaradan zərərverici proqram təminatı haqda məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Mac.BackDoor.Siggen.20" virusu kənar serverdən "Python" proqramlaşdırma dilində yazılmış zərərverici kodu yükləməyə və onu icra etməyə imkan verir. Bundan başqa, bu zərərverici proqram təminatını yayan saytlar, həmçinin "Windows" əməliyyat sistemi istifadəçilərini təhlükəli casus troyan virusu ilə yoluxdurur.

Bekdor saytlar vasitəsilə qurğulara düşür. Belə bir resurs mövcud olmayan insanın portfoliosundan ibarət sayt-vizitka kimi tərtib edilib.
"macOS" sistemli qurğular "Mac.BackDoor.Siggen.20", "Windows" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular isə "BackDoor.Wirenet.517" (NetWire) virusuna yoluxur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.