Maraqlı

Köhnə iPhone-ların texniki dəstəyi dayandırılacaq

16 May 2019 08:31
0 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti köhnə "iPhone" smartfonlarının - "iPhone 5s", "iPhone 6", "iPhone 6 Plus" və "iPhone SE" modellərinin yenilənməsini dayandıracaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, şirkət tərəfindən, həmçinin "iPad Mini 2" və "iPad Air" planşetlərinin dəstəklənməsi dayandırılacaq.
Qeyd olunan qurğuların hamısı iyunda "WWDC 2019" konfransında təqdim ediləcək yenilənmiş "iOS" əməliyyat sisteminin işini dəstəkləməyəcək.

Yeni əməliyyat sisteminə "MacOS" sisteminin analoqu "Dark Mode" ümumi sistemi, dönmə əsaslı klaviatura, yenilənmiş "iMessage" və "Maps" proqramları və yenilənmiş "Health" funksiyası daxil olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.