Maraqlı

Süni neyronlardan ibarət kompüter çipi yaradılıb

16 May 2019 08:15
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər tərəfindən işlənib hazırlanmış çip insan beynini xatırladan kompüterlərin yaradılmasının əsasını təşkil edə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ənənəvi kompüter ayrıca yaddaş və prosessor modullarına malikdir, bununla əlaqədar olaraq bütün məlumatlar həmin modullar arasında ötürülməlidir. İnsan beyni bu cəhətdən, hətta ən müasir kompüterləri geridə qoyur, çünki o, informasiyanı bir yerdə (neyronlar arasında birləşmələrdə və ya sinapslarda) emal edir və saxlayır. Almaniya və Böyük Britaniyadan olan alimlərdən ibarət beynəlxalq komanda insan beynini xatırladan kompüterlərin yaradılmasının əsasını təşkil edə bilən aparat təminatı yaratmağa müvəffəq olub. Alimlər işıqla işləyən, neyron və onların sinapslarının davranışını təqlid edən süni neyron şəbəkəsindən ibarət çip istehsal etməyə nail olublar.

Alimlər belə optik neyrosinaptik şəbəkənin beyin kimi informasiyanı öyrənmək, ondan hesablama və tanımaq üçün istifadə etmək qabiliyyətini nümayiş etdiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.