Maraqlı

İranın 40 milyard dollar pulunun 30 milyardı ÖLKƏYƏ QAYITMAYIB

16 May 2019 23:45
0 Şərh     Baxış: 2 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın qeyri-neft ixracı üzrə 40 milyard dollar gəlirinin 30 milyard dolları ölkəyə geri qayıtmayıb.

Milli.Az fed.az-a istinadən bildirir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini Hüseyn Mir Şucaiyan deyib.

Onun sözlərinə görə, İran hökuməti sanksiyalara görə neft satışında problemlər yaşayır və bu vəziyyətdə xarici ticarətin artması üçün özəl sektor dəstək olmalıdır. Valyuta nağd formada və ya ölkənin tələbatı olan birinci növ məhsullar şəklində ölkəyə geri qayıtmalıdır.

"İranın ixracdan əldə etdiyi 40 milyard dolların 30 milyard dolları nə nağd formada, nə də hər hansı məhsul kimi ölkəyə qayıtmayıb", - deyə nazir müavini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.