Maraqlı

Uber şirkəti Nyu York birjasında öz IPO'nu keçirtdi

16 May 2019 23:10
0 Şərh     Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur taksi servisi olan Uber Nyu York birjasında öz IPO-sunu keçirdib. Səhmin birinin 45$ qiymət göstəricisi ilə 180 milyon səhm satmış Uber 8.1 milyard dollar vəsait cəlb edib. Bu barədə Rusbase saytı xəbər verib. Səhmlərin birjaya ilkin yerləşdirilməsi şirkət tərəfindən əvvəlcədən proqnozlaşdırılmış qiymət göstəricisinin aşağı diapazonunda baş verib. Belə ki, şirkətin əvvəlki qiymət göstəricisində səhmin birinin 44-50$ qiymətində satılacağı qeyd olunurdu. Səhmlərin birjada ilkin yerləşdirilməsi yekunu olaraq Uber-in bazar dəyəri 75.5 milyard dollar təşkil edib. 1 il bundan öncə şirkətin son investisiya raundu çərçivəsində cəlb etdiyi vəsait nəticəsində şirkətin bazar dəyəri 76 milyard dollar təşkil etmişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, bununla belə məhdud sayda səhmlərin yerləşdirilməsini nəzərə alaraq şirkətin ümumi bazar dəyəri 82.4 milyard dollar təşkil edib. İl yarım bundan öncə bu məsələ ilə bağlı verilmiş proqnoz daha yüksək idi. Belə ki, 2018-ci ildə Goldman Sachs və Morgan Stanley bankları Uber şirkətinin bazar dəyərini 120 milyard dollar qiymətində dəyərləndirmişdilər. Uber şirkətinin səhmlərinin satışlarına 10 may tarixində start verilmişdi.

Beləliklə səhm satışlarının ilk günündə Uber investorları özlərini səhmlərin ilkin yerləşdirilməsi zamanındakı kimi ehtiyyatlı apardılar. Beləliklə səhm satışlrının ilkin günündə onların qiymətləri 7.6% aşağı düşdülər. Nəticədə şirkət səhmləri 45$-a yox 41.6$-a satıldılar. Nəticədə səhm satışlarının ilkin günün yekunlaşması çərçivəsində Uber-in bazar dyəri 69.7 milyard dollar təşkil edib. Səhmlərin birjaya ilkin yerləşdirilməsi zamanı isə şirkətin bazar dəyəri 75.5 milyard dollar təşkil etmişdi.

Uber şirkətinin IPO-su Facebook-un IPO-sundan sonra ən çox gözlənilən idi. Lakin analitiklərin proqnozları özlərini doğrultmdı. Bunun əsas səbəblərindöən biri də ABŞ fond bazarının ümumi vəziyyətidir. Belə ki, ABŞ ilə Çin arasında olan ticarət müharibəsi öz növbəsində ABŞ-ın fond birjasına təsir edir. Lakin ən ciddi səbəblərdən biri də investorların Uber-in biznes modelinə etibar etməmələridir. Bu əsasən Uber-in ABŞ-dakı əsas rəqibi Lyft servisinin IPO-sundan sonra baş verib. Belə ki, Lyft servisinin mart ayının sonunda keçirtdiyi IPO-sunun ilkin mərhələsi uğurlu olmuşdu. Lakin servisin səhm qiymətləri sonradan düşməyə başladılar. Nəticədə Lyft-in bir səhminin qiyməti 79$-dan 51$-a düşmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.