Maraqlı

“CinemaPlus”da azərbaycan dilində “Mauqli Yad Planetdə” animasiya filminin nümayişi keçirilir

13 May 2019 18:57
0 Şərh     Baxış: 344

"CinemaPlus" kinoteatrlar şəbəkəsi  2019-cu ildə "Cinemazadeh" studiyasında peşəkar azərbaycan dilinə dublyaj edilən Fransa istehsalı olan "Mauqli Yad Planetdə" animasiya filminin nümayişlərinə başlayıb.

Milli.Az xəbər verir ki, filmi səsləndiriblər Aysun Ələskərova, Vügar Hüseynov, Vüsal Həci-Qədir, Gülnarə Zulalova və Aytac Vəlibəyli.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru və tərcüməçisi Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Erik Tosti.

Film haqqında qısa məlumat: Meteorit yağışına düşən gənc kosmik tədqiqatçı Villi naməlum planetə düşür. Robot Bakın köməyi ilə o, öz ailəsinin xilasedici missiyası gələnədək sağ qalmalıdır. Lakin Bakın batareyası bitmək üzrədir. Villi Bakı xilas edib evə qayıtmaq üçün, yeni dostlar tapmalı və vəhşi planetin cəngərlik qanunları ilə yaşamağı öyrənməlidir.

"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.