Maraqlı

Tramp Müstəqillik Gününün bayram edilməsi ənənəsini dəyişməyə qərar verib

13 May 2019 21:04
0 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Müstəqillik Gününün iyulun 4-də Vaşinqtonda bayram edilməsinin təşkili işinə özünün rəhbərlik edəcəyi niyyətini açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Amerika KİV-lərinin Ağ Evdə adının çəkilmədiyi mənbəyə istinadla yaydıqları məlumata görə, hazırlıq işləri tam sürətlə davam edir.

Müstəqillik Gününün müstəsna şəkildə təşkil olunması planları barədə Tramp hələ bu ilin fevralında elan etmişdi. O bildirmişdi ki, bu, "Vaşinqtonun tarixindən ən iri təntənələrdən" biri olacaq. Prezident tədbirin "Amerikaya salyut" adlandırılacağını və Vaşinqtonun mərkəzindəki Linkoln Memorialında keçiriləcəyini bildirib. O, həmçinin bayramda şəxsən iştirak və çıxış edəcəyini də deyib.

Bir çox siyasətçilər, o cümlədən respublikaçılar Trampı milli bayramı mənimsəmə cəhdinə və müqəddəs tarixdən şəxsən özünü xatırlatmaq üçün istifadəyə görə tənqid ediblər. Milli Parklar Xidmətinin 1947-ci ildən başlayaraq təşkil etdiyi ənənəvi atəşfəşanlıqda hər il yüz minlərlə amerikalı iştirak edir. Həmçinin Kapitoliyanın qərb çəmənliyində pulsuz konsert keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.