Maraqlı

Alimlər yeni panda növü aşkarladılar - FOTO

13 May 2019 09:55
1 Şərh     Baxış: 2 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində aparılan arxeoloji qazıntılar zamanı təxminən beş min il əvvəl yaşamış heyvanın qalıqları tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "The Mirror" nəşrinin yazdığına görə, aparılan araşdırmalar nəticəsində həmin canlının bu vaxta qədər elmə məlum olmayan panda növü olduğu ortaya çıxıb.

Tədqiqatçılar nəhəng ölçülü qədim pandanın hazırkı pandaların məskunlaşdığı meşəlik ərazidən kilometrlərlə uzaqda, dərin dərəyə düşərək öldüyünü ehtimal edir.

Omba sümüyü soyuq və qaranlıq şəraitdə minillər ərzində yaxşı vəziyyətdə qaldığından alimlər ondan DNT nümunəsi hasil edə bilib. Bunun sayəsində beynəlxalq tədqiqat qrupu canlının tam genomunu hazırlayaraq, onun əsasında skeletini yenidən qurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.