Maraqlı

“Axmaqlar, bəs duaları e-maillə qəbul edir?” - Yaponlar Robot-Allah düzəltdi, sərt reaksiya gəldi - VİDEO

12 May 2019 14:06
7 Şərh     Baxış: 3 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "A-Lab Co" şirkəti Budda təliminin populyarlaşması məqsədilə dünyada ilk dəfə "robot-allah" düzəldiblər.

Milli.Az The Japan Times-a istinadən xəbər verir ki, süni intellektə əsaslanan mexanizm Kioto şəhərində Koday-dzi məbədində xütbə oxuyur, gələnlərin dualarını "qəbul edir".  

Mindaru adlanan humanoid yapon mərhəmət ilahəsi Kannonun obrazı üzərində yaradılıb.

Artıq bir ay əvvəl "vəzifə"sinin icrasına başlayan Mindaru bir neçə xütbə keçirib.

Bildirək ki, robotun hündürlüyü 195 santimetr, çəkisi 60 kiloqramdır. "Allah"ın karkası alüminiumdan, üz və əlləri isə silikondan istehsal edilib.

Bir neçə gün əvvəl Kiotodakı xütbələrini başa vurub, başqa məbədə getməyə hazırlaşan robota dünya ictimaiyyəti tərəfindən sərt reaksiyalar gəlib. Nəşrin Youtube kanalında yayımlanan videoçarxlarda minlərlə tənqid və təhqir var.

Diqqətimizi çəkən "Axmaqlar, bəs bu "Allah" duaları e-maillə qəbul edir?" kimi ironiyalı tənqidlərlə yanaşı, təhqir xarakterli şərhlərə də rast gəlinir.

Zaur
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.