Maraqlı

Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür

14 May 2019 22:40
0 Şərh     Baxış: 648

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər bəndələr Ramazan ayının bərəkət və həqiqətlərindən agah olsaydılar, arzu edərdilər ki, Ramazan ayı bir il olsun".

"Həqiqətən, səmanın qapıları Ramazan ayının birinci gecəsindən açılar və ayın son gecəsinə qədər bağlanmaz".

"Əgər bilsəydiniz Ramazan ayında sizə nələr təqdir olunar, Allaha şükrünüzü artırardınız".

"Allah mələkləri oruc tutanlar üçün dua etməyə vəzifələndirmişdir".

İmam Əli (ə) buyurur: "Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür".

"Dünya ləzzətlərindən nəfsin orucu - ən faydalı oruclardandır".

"Allah günlərin içərisində cüməni, ayların içərisindən Ramazan ayını, gecələrin içərisindən Qədr gecəsini seçmişdir".

"Oruc - özünü İlahi haramlardan saxlamaqdır, necə ki, insan yemək və içəcəkdən çəkinir".

İmam Baqir (ə) buyurur: "Oruc və həcc qəlblərin aramlığına səbəb olar".

İmam Sadiq (ə) buyurur: "Ən üstün ay - Ramazan ayıdır. Ramazan ayının qəlbi - Qədr gecəsidir".

"Necə də gözəl aydır Ramazan ayı. O ay ki, Peyğəmbərin (s) zamanında bərəkətli adlandırılmışdı".

İmam Hadi (ə) buyurur: "Allah Təala orucu vacib etmişdir ki, zəngin aclıq hissini keçirtsin, sonra yoxsula mehr göstərsin".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.