Maraqlı

Çox səfər edən şəxs oruc tutmalıdır. Bunun meyarı nədir?

14 May 2019 21:20
0 Şərh     Baxış: 672

Şəriətə görə çox səfər edən (kəsirüs-səfər) şəxs oruc tutmalıdır. Bunun meyarı nədir?

Şəriətə görə, hər hansı məqsəd üçün davamlı olaraq tez-tez səfərə çıxan adama "kəsirüs-səfər", yəni "çox səfər edən" deyirlər. Kəsirüs-səfər gedib-qayıtmaqla üst-üstə 8 fərsəx, yəni 43-44 km. məsafə qət edirsə, səfər boyunca oruc tutmalıdır və müsafir üçün olan güzəşt ona şamil deyil.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu kateqoriyaya aid olmaq üçün ay ərzində neçə dəfə səfərə çıxmaq barədə alimlər arasında fikir ayrılığı vardır. Məsələn, Ayətullahül-üzma Sistani ən azı ayda 10 dəfə səfərə çıxmağı və ya 10 gün səfərdə olmağı şərt bilir (bu 10 gün birdəfəlik də ola bilər, bir neçə dəfəlik də). Ayətullahül-üzma Xameneyi 10 gündə bir dəfə, yəni ayda ən azı 3 dəfə səfərə çıxan adamı kəsirüs-səfər sayır. Ayətullahül-üzma Məkarim Şiraziyə görə isə, həftədə 3 dəfə səfər edən şəxs oruc tutmalıdır. Kəsirüs-səfərin bəzi başqa hökmləri də vardır ki, risalələrdə bunlar ətraflı izah edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.