Maraqlı

Əgər peyğəmbərliyin şərtlərindən biri insanlarda ikrah hissi yaradan xəstəliyə tutulmamaqdırsa...

14 May 2019 22:10
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər peyğəmbərliyin şərtlərindən biri insanlarda ikrah hissi yaradan xəstəliyə tutulmamaqdırsa, niyə Allah Həzrət Əyyub Peyğəmbəri (ə) xəstəliklə imtahana çəkmişdi?

Əslində Həzrət Əyyubun (ə) xəstəliyi insanlarda ikrah və nifrət yaradan xəstəlik deyildi. Çox təəssüf, bu gün elə düşünürlər ki, guya Əyyub Peyğəmbərin (ə) bədənini qurd basıbmış və camaat Həzrət Əyyubun (ə) bədənindən gələn üfunət iyindən bezib onu şəhərdən qovubmuş.

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Mühəmməd Baqir (ə) bu böhtanları rədd edərək söyləmişdir: "Həzrət Əyyub (ə) ağır bəlalara düçar olsa da, bədənindən pis qoxu gəlmirdi, sifəti eybəcərləşməmişdi, dərisində irin və qan buraxan iyrənc yaralar yox idi. Onu görən adam iyrənmir və qorxmurdu. Əyyubun (ə) bədənini qurd basmamışdı. Allah Öz peyğəmbərlərinə və sevimli bəndələrinə nifrət doğuran xəstəlik göndərməz..."(hədis Əllamə Məclisinin "Həyatül-qülub" kitabındandır).

Həzrət Əyyub peyğəmbərin (ə) şəhərdən qovulmasının səbəbi bu idi ki, o, var-dövlətini itirib kasıblaşmışdı və camaat onun heç nəyi olmadığını görüb üz çevirmişdi. Bir tərəfdən də peyğəmbərlə düşmən olan və insanları onun əleyhinə qızışdıran şəxslər şayiə yaymışdılar ki, guya Əyyubun (ə) xəstəliyi yoluxucudur. Onsuz da haqq sözlər danışdığına görə Əyyub Peyğəmbəri (ə) sevməyən pis adamlar üçün bu şayiə bəhanə oldu. Onlar Əyyubun (ə) xəstəliyini bəhanə edib şəhərdən qovdular.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.