Maraqlı

Qılmadığı namazların qəzasını...

14 May 2019 23:45
0 Şərh     Baxış: 2 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir şəxs cavanlıqda qılmadığı namazların qəzasını gündəlik olaraq qılırsa, səfər zamanı bunları hansı şəkildə qılmalıdır: bütöv yoxsa qəsr ilə?

Şəriətə görə, səfər zamanı (şəriət hökmlərinə cavab verən səfər nəzərdə tutulur) gündəlik dörd rükətlik namazları qəsrlə, yəni ixtisarla iki rükət qılmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, sübh və məğrib namazları olduğu şəkildə qılınır. İxtisar zöhr, əsr və işa namazlarına aiddir. Namazların qəza hökmü onların əda zamanına bağlıdır. Belə ki, əgər namaz vətəndə qəzaya getmişsə, onun qəzasını səfərdə qılsa belə, bütöv qılmalıdır. Yox, əgər namaz səfər boyunca qəzaya getmişsə, vətənə qayıtdıqdan sonra qəza etmək istəsə də, gərək qəsrlə qılsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.