Maraqlı

Orucluq zamanı Bakı kəndlərindən Bakıya gedən şəxs məsafəni necə hesablamalıdır?

14 May 2019 22:45
4 Şərh     Baxış: 1 640

Orucluq zamanı kəndlərdən rayon mərkəzinə və ya Bakı kəndlərindən Bakıya gedən şəxs məsafəni necə hesablamalıdır?

Şəriət hökmlərinə görə, səfər şərtlərinə cavab verən yola çıxmış şəxs geri qayıdana kimi oruc tutmaqdan azaddır və gündəlik 4 rükətli namazlarını qəsrlə 2 rükət şəklində qılmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, səfərin şərtlərindən biri də məsafədir. Belə ki, gedib-qayıtmaqla üst-üstə məsafə 8 fərsəxdən çox olmalıdır, bu da müasir hesabatla 43-44 km.-ə bərabərdir. İki məntəqə arasındakı məsafə hesablanarkən məntəqələrin son nöqtələri arasındakı məsafə əsas götürülür. Belə ki, insanın səfərə çıxdığı məntəqənin (şəhərin, kəndin, qəsəbənin) son çıxış nöqtəsi ilə getdiyi məntəqənin ilk giriş nöqtəsi götürülür. Kənddən şəhərə səfər edən şəxs məsafəni ölçmək üçün kəndin çıxışından şəhərin girişinə kimi olan yola baxmalıdır. (Bakı kəndləri üçün Bakının girişı Koroğlu metrosu sayılır). Bu yol gedib-qayıtmaqla üst-üstə 43-44 km.-dən artıqdırsa, şəriət baxımından səfər şərtləri reallaşmış olur.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Beşşşşş · 15 May 03:4800

    Bazarda exolot adlanan qurgu var. Onunla cox yaxci olcmek olur. Rahatdir. Istenilen bazardan sorushun exolotu.

    Cavab yaz
    • Anonim
      ? · 15 May 10:2900

      Eşitməmişəm qurgunu.Məndə Mirmövsüm aganın ziyarətinə getmək istəyirdim görəsən Korogludan ora necə məsafə olar?

      Cavab yaz
      • Anonim
        ?-a · 15 May 11:1510

        təxminən 30 km bir tərəfə, gediş gəliş təxminən 60 km

        Cavab yaz
        • Anonim
          ? · 15 May 11:4400

          Cox sagolun.Belə başa düşdüm tutmalı deyiləm getsəm.

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.