Maraqlı

NASA şişirdilmiş robotlar üzərində işləyir

14 May 2019 23:15
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA Amerika Birləşmiş Ştatlarının Virginia əyalətindəki Langley tədqiqat mərkəzində yumşaq robotlar üzərində işləyir.

Chip.az xəbər verir ki, burada təcrübəçi kimi işləyən Chuck Sullivan və Jack Fitzpatrick 3D formatını tətbiq edərək həm yumşaq, həm də şişirdilmiş robot hissələri istehsal etməyə müvəffəq oldular. İstehsal olunan hissələrin qəlibləri 3D printerlərdən əldə edilir və daha sonra onlar elastik silikonların köməyi ilə tamamlanır.

Yumşaq və şişirilmiş robotlar hazırlanmasının səbəbi isə yumşaq materialların kosmik şəraitə daha tez uyğunlaşmasıdır. Onlar orqanizmlərə bənzər bir şəkildə hərəkət edə bilər və mürəkkəb quruluşa malik nöqtələrə gedə bilirlər. Bu yolla yumşaq robotların hərəkət trayektoriyaları genişlənir və daha ətraflı araşdırma aparmaq mümkün olur. Ancaq bu robot hissələri hələki kosmosda  istifadə oluna biləcək səviyyədə deyillər.

Tədqiqatçıların bu qəlibləri dörd müxtəlif istiqamətdə inkişaf etdirməlidir. Bu məsələlər hərəkət, düzəltmək, birləşdirmək və formalaşdırmaq mərhələlərindən ibarətdir. Robotlara aid bu hissələr qəliblər sayəsində hərəkət edərək lazım olduqda əyilə və əvvəlki halına qayıda bilər. Bu layihənin ən çətin məqamları buhissələri bir araya gətirməkdir. Qəliblər istehsal edildikdən sonra birləşdirilməsi lazımdır. Daha sonra kosmik kəşfiyyatda istifadə edilmək üçün münasib olacaq. Tədqiqatçılar bu problemi həll etməyə çalışırlar. Əgər bu alınarsa kosmosda robotların köməyi ilə müvəqqəti sığınacaqlar quraşdırıla bilər.

NASA bu yumşaq robotun parçalarını daha əlverişli formaya salmaq üçün ölkənin hər yerində robot ekspertləri və digər tədqiqatçıları Langley tədqiqat mərkəzində dəvət edir. Bu eyni zamanda işləri sürətləndirmək məqsədi daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.