Maraqlı

Məşhur tozsoran şirkəti avtomobil istehsalına hazırlaşır

14 May 2019 21:15
0 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tozsoran istehsal şirkəti "Dyson" elektrik enerjisi ilə işləyən avtomobil istehsalına hazırlaşır.

Milli.Az chip.az-a istinadən bildirir ki, ilk olaraq  2016-cı ildə elektrik enerjisi ilə çalışacaq avtomobillər haqqında yayılan məlumatlar 2017-ci ildə öz təsdiqini tapdı. Beləliklə şirkətin elektrik mühərrikinə malik olacaq avtomobil istehsalı üçün patent aldığı məlum olur. Bu patentin 3D modelləşdirilməsi nəticəsində formalaşan nəqliyyat vasitəsinin görüntüləri yayımlanıb.

Vasitənin yüksək və həcmli bir dizayna malik olması məhsula xüsusi maraq yaradır. Crossover seqmentli olacağı düşünülən avtomobilin diqqət çəkən diər özəlliyi çox kəskin xəttlərə sahib olmasıdır.

Qeyd edək ki, batareya şirkəti "Sakti3"ü 90 milyon dolar qarşılığında satın alan "Dyson"  batareya istehsal edəcəyini bildirmişdi. Bu avtomobil üçün də üretimi təxminən 3.25 milyon dolar investisiya ayıran şirkətin mövcud sektorda hansı mövqeyi tutacağı maraqla gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.