Maraqlı

WhatsApp bütün Windows cihazlarında işləyəcək tətbiq hazırlayır

14 May 2019 08:41
0 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WABetaInfo"nun yaydığı məlumata görə "WhatsApp" "Windows 10" mobil telefonlarına geri dönəcək.

Milli.Az chip.az-a istinadən bildirir ki, "WhatsApp" 31 dekabr tarixindən etibarən "Windows Phone" və "Windows 10" mobil müştərilərinə xidmət göstərməyi dayandıracaq. "WhatsApp"ın hazırda ən vacib mobil kommunikasiya vasitələrindən biri olduğunu nəzərə alsaq bu prosesin "Windows Phone"nin bir addım geri düşməsinə səbəb ola bilər.

"WABetaInfo"un bildirdiyinə görə "WhatsApp"  "Windows 10" üçün "Universal Windows Platformu"na (UWP) uyğun tətbiq hazırlayır. "Microsoft Store"yə daxil olaraq "Windows 10" əməliyyat sistemi ilə çalışan bütün cihazların dəstəkləyəcəyi bu proqram "WhatsApp"ın "Windows Phone"yə geri qayıdışı ola bilər.

Hazırda tətbiqə dair heç bir detallı məlumat açıqlanmasa da onun yalnız PC üzərindən işləyəcəyi ehtimalları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.