Maraqlı

Volkswagen yeni avtomobil modelinin adını açıqlayıb

14 May 2019 07:01
0 Şərh     Baxış: 708

"Volkswagen" şirkəti elektrik enerjisi ilə çalışan yeni avtomobil modelini nümayiş etdirib.

Milli.Az chip.az-a istinadən bildirir ki,bütün avtomobil istehsalçıları kimi Alman texnologiya nəhəngi "Volkswagen" də elektrik enerjisi ilə çalışan maşınlara keçid edir.  Belə ki, şirkət "ID" elektriklə çalışan və avtomobil sənayesinin ən əhəmiyyətli nümunəsi olacaq yeni modelini təqdim edib. Markanın iconic modellərindən olan "Golf"u əvəz edəcək yeni cihazın adı elan olunub. Məlumata görə "Volkswagen"in elektrik enerjisi ilə çalışacaq yeni avtomobilinin adı "ID.3" olacaq.

Vasitə üç fərqli batareya seçiminə sahib olacaq. Eyni zamanda dünya standartlarına uyğun Light Vehicle Testing Prosedur (WLTP) testlərinə görə 330 km-dən 550 kilometr aralığa qədər hərəkətdə ola biləcək. Bu gündən etibarən1000 avro ödəməklə onlayn şəkildə öncədən sifariş edilə biləcək orta modeldə isə bu göstərici 420 km təşkil edir.

"Volkswagen ID.3"ün başlanğıc qiyməti nin 30 min avro olacağı bildirilib. Öncədən sifariş qiyməti 40 min avrodur. "Volkswagen" bu ilin sonuna qədər sahiblərinə təslim ediləcək ilk 30 000 "ID.3" First Edition modelinin bir il ərzində "Avrula'nın IONITY sürətli batereya sistemindən pulsuz yararlana biləcəyini açıqlayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.