Maraqlı

Snapdragon 865 iki versiyada təqdim olunacaq

11 May 2019 08:46
0 Şərh     Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baxmyaraq ki, Qualcomm şirkətinin Snapdragon 865 adlı flaqman prosessorunun təqdimatına hələ çox var, onun barəsində məlumatlar çıxmağa davam edir. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur insayder Roland Quandt-ın verdiyi məlumata əsasən Qualcomm şirkəti Kona55 kod adına sahib prosessor üzərində çalışır. Əvvəlki məlumat sızıntılarında bu kod adının yanında 55 rəqəmi yox idi. Bu isə o deməkdir ki, çox güman ki, şirkətin yeni flaqman prosessoru iki versiyada təqdim olunacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, onlardan biri şirkətin Snapdragon X55 adlı 5G modeminə sahib olacaq. Digəri isə 5G-siz istehsal ediləcək. Həmçinin son məlumat sızıntılarına əsasən Snapdragon 865 prosessoru yeni nəsil texnologiyaları, LPDDR5 formatlı RAM yaddaşını dəstəkləyəcək və daha yaxşılaşdırılmış performans sərgiləyəcək. Çox güman ki, Snapdragon 865 prosessoru hər ilin dekabr ayında ənənəvi olaraq keçirilən Qualcomm Tech Summit tədbirində təqdim olunacaq. Sözügedən prosessora sahib ilk smartfonlar isə artıq 2020-ci ildə işıq üzü görəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.