Maraqlı

Xiaomi Hercules gəlir

11 May 2019 08:35
0 Şərh     Baxış: 1 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

XDA-Developers saytının baş redaktoru Mishaal Rahman, Xiaomi şirkətinin yeni flaqman smartfon modeli barəsində bəzi məlumatları paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Onun verdiyi məlumata əsasən Xiaomi şirkətinin yeni flaqman smartfon modelinin kod adı Hercules-dir. Smartfon Xiaomi Mi9 modeli kimi Snapdragon 855 prosessoruna sahib olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni flaqman modeli həmçinin üçlü arxa kamera, bir ədəd ön kamera, Google Pay ödənişləri üçün NFC modul, və naqilsiz şarj texnologiyası ilə də təchiz olunacaq. Söhbətin hansı smartfon modelindən getdiyi barəsində heç bir məlumat verilməyib. Lakin güman etmək olar ki, bu, Xiaomi Mi Mix 4 modelidir. Yeni flaqman smartfon modelinin nə zaman təqdim olunacağı bilinmir.

Yeni flaqman smartfon modelindən əlavə olaraq Mishaal Rahman həmçinin bildirib ki, Xiaomi şirkəti əlavə olaraq yeni 3 smartfon modeli üzərində çalışır. Onlar bamboo_sprout, cosmos_sprout və pyxis kod adlarına sahibdirlər. Hər 3 smartfon modeli Snapdragon 710/712 prosessorları əsasında çalışacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.