Maraqlı

Android-in yeni versiyası təqdim edilib

11 May 2019 04:00
0 Şərh     Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Google" şirkəti "Android" mobil əməliyyat sisteminin "Android Q" adlandırılmış yeni versiyasını nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Android Q" versiyası süni intellektin köməyi ilə videonu (hətta səssiz olsa belə) onlayn rejimində tərcümə edə biləcək. Yeni sistem qatlanan smartfonları, "5G" şəbəkəsini, eyni zamanda "qara rəngli rejim"i dəstəkləyəcək.

Əməliyyat sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə daha ciddi yanaşacaq. Yeni versiyada qurğuya qurulmuş proqramın hansı informasiyaya girişə malik olmasını izləmək daha asandır. Məlumata görə, "Android Q" sisteminin beta-versiyası hazırda 21-dən çox qurğuda əlçatandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.