Maraqlı

Dünyanın ən sürətli smartfonları məlum olub

11 May 2019 03:30
0 Şərh     Baxış: 2 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil qurğuların reytinqinin tərtibi ilə məşğul olan məşhur "AnTuTu" şirkəti "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların aprel reytinqini dərc edib. Söhbət beynəlxalq bazar üçün versiyadan kəskin fərqlənən Çin bazarında satışa çıxarılan smartfonlardan gedir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, apreldə ən sürətli "Xiaomi Mi 9 Transparent Edition" (həmçinin Explorer Edition kimi tanınır) smartfonu olub. O, 373 715, adi "Xiaomi Mi 9" modeli isə 373 511 bal toplayıb. Üçüncü pillədə 371 837 balla "Xiaomi Black Shark 2" oyun smartfonu qərarlaşıb.

Sonrakı mövqelərdə "Meizu 16s", "Samsung Galaxy S10 " və "Galaxy S10", "Vivo iQOO", "Nubia Red Devil Mars" və "Honor V20" modelləri yer alıb. Növbəti ayda "Lenovo Z6 Pro", "Oppo Reno", "ZTE Axon 10 Pro" və "Nubia Red Devil 3" smartfonlarının buraxılışı ilə əhəmiyyətli dəyişikliklər gözlənilir.

On reytinq iştirakçısının doqquzu 10 nanometrlik texnoloji proses üzrə hazırlanan prosessorlarla işləyir. İstisnanı yalnız ötənilki "Snapdragon 845" prosessoruna əsaslanan "Nubia Red Magic Mars" modeli təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.