Maraqlı

Balonda kabab bişirməyin qaydası – Evdə, manqalsız, kömürsüz

10 May 2019 07:00
17 Şərh     Baxış: 17 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kababın ətri uzaqdan insanı cəlb edərək, insanları iştahlandırır. Bu səbəbdən bir çoxları qonşular, ətraf kabab iyi çəkməsin deyə, həyətdə, eyvanda manqal qurub, kabab bişirmir.
 
Xüsusən Ramazan ayında bu zövqü yaşamaq olmur. Bəzənsə bina mənzillərində yaşayanlar ürəkləri istəyəndə kabab çəkə bilmir.
Milli.Az medicina.az-a istinadən sizə elə mənzil şəraitində, adi balonda manqaldakından heç də geri qalmayan, dadlı, yumşaq kabab hazırlamağın reseptini təqdim edir.

Bu metodla kababı elə günü bu gün bişirə bilərsiniz.

Lazımdır:

Quzu əti (yumşaq hissəsi) - 500 qr
Mineral qazlı su - 100 ml
Ət üçün basdırmalıq soğan - 2 ədəd
Limon suyu - 1 xörək qaşığı
Duz, istiot, hər hansı sous

Hazırlanması:

Ət adi kabab qaydasında basdırma olunur və 2 saat saxlanılır.

Xüsusi çubuqlara əti keçirirsiz, basdırmadan qalan soğanlı qarışımı balonun içinə tökürsüz. Sonra çubuqları balonun içinə yerləşdirib, balonun ağzını falqa ilə örtürsünüz.  

Balonu soyuq sobada ( əvvəlcədən qızdırmadan) qoyub,  180 dərəcədə 1 saat bişirirsiz.
Sonra sobanın qapağını açıb 15 dəqiqə saxlayın ki, balonu çıxaranda partlamasın.

Balonda kabab çox dadlı, yumşaq alınır. Ona manqal, kömür ətri vermək üçün balonun dibinə 1-2 ədəd kömür qoymaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.