Maraqlı

Diabet xəstələri səhərlər nə yeməlidir? – MENYU

9 May 2019 20:17
0 Şərh     Baxış: 3 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkərli diabet xəstələrinin xüsusən səhərlər nə yeyəcəyi çox zaman problem olaraq qalır. Xüsusən Ramazanda oruc tuta bilən diabetlər üçün səhər nə yeyim sualının cavabını burdan əldə edə bilərsiniz.

Milli.Az medicina.az-a istinadən bildirir ki, şəkər xəstələri üçün ideal səhər yeməyi nümunəsi bunlardır.

-Suda bişmiş yumurta
-Diabetik çörək
-Kükü
-Yağsız süfrə pendiri

-Limon, turş meyvə, giləmeyvələr
-Pomidor, xiyar, kələm bişmişi, salatı
-Yulaf, herkules, qarabaşaq

-Duzsuz kəsmik
-Diabet xəstələri qarabaşağı bişirmədən, gecədən islağa qoymaqla da yeyə bilər. Qarabaşağın üzərinə qatıq, pendir, zeytun yağı gəzdirmək olar.
-Şəkər xəstələrinə ağ düyü olmaz. Ona görə qəhvəyi düyünü süzüb, üzərinə tərəvəz və toyuq filesi qoya bilərsiniz.

Xiyar Smuzisi resepti:

100 qr yağsız  kəsmiyə, 100 qr kefir, 100 ml su, 2 ədəd doğranmış xiyarı əlavə edir, duz səpir, blenderdə smuzi halına düşənə kimi qarışdırırsınız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.