Maraqlı

"Şeytan çıxarma" kursları açıldı - Bir kursun qiyməti 771 manatdır

9 May 2019 18:17
0 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər seks və zorlama qalmaqalları ilə bağlı yayılan xəbərlərdən dolayı sıxıntılı günlər keçirən Katolik kilsəsi yeni bir prosesə başlayıb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bəzi ölkələrdəki Katalok kilsələri "şeytan çıxarma" kursları açıb.

Vatikan tərəfindən təsdiqlənən kurslar bir həftə davam edəcək. Bir kursun qiyməti bizim valyuta ilə 771 manatdır.

Katolik kilsəsinin təşkil etdiyi "şeytan çıxarma" kurslarında rahiblər yer alacaq. Kurslarda pis ruhlarla mübarizə aparan şəxslər öz təcrübələrini danışacaqlar.

Kurslar mayın 7-dən etibarən İtaliyanın paytaxtı Romada fəaliyyətə başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.