Maraqlı

Yaponiyada dünyanın ən təhlükəli festivalı keçirilir

9 May 2019 08:53
1 Şərh     Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəsilmiş agac gövdəsi üzərində dagdan üzü aşağı yuvarlanmaq. İlk baxışda çox təhlükəli əyləncədir. Bu yaponların ənənəvi Ombasira festivalının əyləncəsidir. İspaniyanın Pamplon şəhərində məşhur San-Fermin festivalından (öküzlərin qabağınca qaçan insanlar)  sonra ölənlərin sayına görə Ombasira ikinci yeri tutur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, festival aprel-may aylarında keçirilir və bir neçə ay davam edir. Birinci hissədə ölkədəki ən böyük ağacları tapıb kəsmək lazımdır. Festivalın keçirilməsi üçün 16 böyük agac gövdəsi tələb olunur. Sonra bu kötüklər ənənəvi olaraq ağ və qırmızı rənglərə boyanır və onlara kəndirlər bərkidilir.
Hər şey hazır olduqdan sonra kişilərdən ibarət komanda öz kötüklərini yüksək bir yerə çıxarıb onun üzərində sürüşməyə başlayırlar. Agıtr zədələr alınsa da bu cəsurluq rəmzi sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.