Maraqlı

Bu ölkə ən yaxşı çimərliklər siyahısında dünya birinciliyini qoruyub saxlayır

8 May 2019 21:41
0 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə İspaniya 669 mavi bayraq - ən yaxşı çimərliklərə verilən beynəlxalq mükafat qazanıb. Bu, ötən ildəkindən 28 bayraq azdır. Lakin buna baxmayaraq, İspaniya bu göstərici üzrə dünyada birinci olaraq qalmaqdadır.

566 bayrağa çimərliklər (2018-ci ildəkindən 25 ədəd az), 98 bayrağa - idman limanları, 5 bayrağa isə ekoloji təmiz limanlar layiq görülüb. Bununla yanaşı, İspaniyada olan 3500 çimərlikdən yalnız 1900-ü mavi bayraq iddiasında idi. Bu il İspaniyanın 50 çimərliyi keyfiyyət nişanından məhrum edilib, əvəzində 25 yeni çimərlik bu mükafata sahib olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mükafatdan məhrum edilən çimərliklərin əksəriyyəti Əndəlüsdə, xüsusən də Malaqa və Uelvdə yerləşir. Bunun səbəbi Sahil qanunvericiliyinə riayət olunmaması, suyun keyfiyyətinin aşağı düşməsi və çirkab sularına nəzarətin lazımi dərəcədə olmamasıdır.

Ən çox mavi bayraq Valensiyada (150), Kataloniyada (120) və Qalisiyadadır (107).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.