Maraqlı

Ramazan ayının fəzilətləri

9 May 2019 22:50
0 Şərh     Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mübarək Ramazan ayının bərəkətləri ilə tanış olaq və onlardan bəhrələnməyə çalışaq.

1. Bu ayda günahlar bağışlanar.

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazanı ona görə belə adlandırıblar ki, günahları yandırar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) başqa yerdə buyurur: "Bilirsinizmi ki, Şəbanı niyə belə adlandırıblar? Çünki ondan çox sayda xeyir Ramazan ayına şaxələnər. Ramazanı ona görə belə adlandırıblar ki, günahlar onda yandırılar".

Peyğəmbərdən (s) soruşurlar ki, Ramazan nədir? Həzrət (s) cavab verir: "Allah o ayda möminlərin günahlarını yandırar və bağışlayar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim Ramazan ayını imanı üzündən, Allah və Onun mükafatı üçün oruc tutar və ibadət edərsə keçmiş günahları bağışlanar. Hər kim Qədr gecəsini iman üzündən və İlahi savaba ümid bəsləyərək ibadətə qalxarsa, keçmiş günahları bağışlanar".

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı - o aydır ki, Allah o ayın orucunu sizə vacib buyurmuşdur. Hər kim onda imanı üzündən və İlahi savaba ümid bəsləyərək oruc tutarsa, günahlardan çıxar, anadan doğulduğu kimi olar".

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Hər kim Ramazan ayını oruc tutar və onu sədəqə verərək sona çatdırarsa və qüsl alaraq namazgaha gedərsə, bağışlanmış halda qayıdar".

2. Cəhənnəm atəşindən azad olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayını azadolma ayı adlandırırlar. ...".

Həzrət (s) buyurur: "Allahın Ramazan ayının hər gecəsində atəşdən 600 min azadolmuşu vardır".

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın hər cümə günü 600 min atəşdən azadolmuşu vardır ki, onları hamısı buna layiqdirlər. (Allahın) Ramazan ayının hər gecə və gündüzünün hər saatında atəşdən min azadolmuşu vardır ki, onların hamısı buna layiqdirlər. Fitr günündə isə bu ayda və cümə günündə azad olmuşlar qədər".

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın hər iftar zamanında atəşdən azadolmuşları vardır".

3.Başqa bərəkətləri.

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının başlanğıcı rəhmət, ortası bağışlanma və sonu (duaların) yerinə yetməsi və atəşdən azad olmaqdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Nə zaman Ramazan ayının hilalı görünər, üsyankar şeytanlar zəncirə vurular, səmanı, rəhmətin və behiştin qapıları açılar, atəş qapıları bağlanar".

Həzrət (s) buyurur: "Ramazan ayının ilk gecəsi olan zaman Allah əzəmətlə nida edər: "Ey Cəbrayil! Yerə en və üsyankar şeytanları zəncirə vur ki, bəndələrimin orucunu xarab etməsin"".

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının ilk gecəsi olan zaman səmanın qapıları açılar və onun heç bir qapısı bağlanmaz, məgər bu ayın son gecəsi gəlib çatana qədər. Elə bir bəndə yoxdur ki, onun gecələrində namaz qılsın, məgər o halda ki, Allah hər səcdəsinə görə 1500 həsənə yazsın. Onun üçün behiştdə 60 min qapısı olan qırmızı yaqutdan ev tikər. Hər bir qapıda qızıldan və qırmızı yaqutla bəzənmiş saray vardır. O zaman ki, Ramazan ayının ilk gününün orucunu tutarsınız, bütün günahlarınız bağışlanar. Hər kim Ramazan ayına çatarsa, hər gün 70 min mələk sübh namazından (günəş) hicaba bürünənə qədər onun üçün bağışlanma istəyərlər. Onun üçün Ramazan ayının gecəsində və ya gündüzündə etdiyi səcdələrə görə ağac olar ki, kölgəsində yol getmək üçün 500 il yol getmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.