Maraqlı

Bu ayda oxunan bir Quran ayəsi...

9 May 2019 23:10
0 Şərh     Baxış: 2 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayı o aydır ki, əvvəli rəhmət, ortası bağılşlanma və axırı hacətlərin həyata keçməsi və cəhənnəm atəşindən azad olmaqdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayın əzəməti üçün elə bu kifayətdir ki, Müqəddəs Quran bu mübarək ayda nazil olmuşdur. Bu ayda behişt qapıları açılar və hər kəsə bağışlanma vədəsi verilər. Bu ayda insanların taleyi həll olar və ruzisi bölünər.

Bu ay - elə bir aydır ki, başqa aylarda edilən əməllər bu ayda bir neçə qat hesab olunar. Misal üçün, bir gecə namazının savabı başqa aylarda yerinə yetirilən yetmiş namazın savabına bərabər olar. Həmçinin vacib ibadətlər də o cür.

Bu mübarək ayda ən çox tövsiyə olunan əməllər:

1. Bacardığınız qədər iftar süfrəsi verin.

2. Əlinizin altında işləyən insanlara qarşı həssas olun və işlərini bu ayda asanlaşdırın.

3. Bacardığınız qədər Quran oxuyun. Bu ayda oxunan bir Quran ayəsi, başqa aylarda bir Quran xətm etməyin savabına malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.