Maraqlı

Game of Thrones-un çox sevilən obrazı ilə bağlı məyusedici qərar

9 May 2019 08:35
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllərdir davam etməsinə baxmayaraq izləyicilərin fenomen sevgi bəslədiyi və səbrsizliklə gözlədiyi "Game of Thrones" serialı bu mövsüm yekunlaşdırılacaq.

Milli.Az chip.az-a istinadən bildirir ki, "Game of Thrones" serialının son mövsüm bölümlərinin çəkilişi davam edir. 8-ci mövsümün dördüncü bölümündə Cersei filmsevərləri məyus edəcək qərar verir. Əsas qəhrəmanların ölümünü izləməyə alışdığımız serialda son ölən xarakter tamaşaçıları məyus etdi.

"Diqqət: 8-ci mövsümün 4-cü bölümündə sürprizlərlə qarşılaşacağıq."

"Winterfell" döyüşündən sonra qələbəni qeyd etməyə eyni zamanda verilən itkilərin yasını tutmağa çox zaman ayıra bilməyən obrazlar Cerseinin üzərinə getməyə başlayır. Dany Drogonun arxasında və yanında Rheegal ilə "Kings Landing" üçün yola çıxır. Arya Cersei ilə hesablaşmağı planlayırdı. Jon savaşdan sonra orduda qalanları toplayaraq irəliyə hərəkət edən vaxtda Missandei və Gray Wormun kiçik bir qrupu da dənizdə yola düşmüşdü.

Təəssüf ki, Euron Greyjoy gələn orduya qarşı olduqca nizamlı hazırlaşmışdı. Euronun qüvvələri Rheegalı məğlub etməyi bacardı. Eyni zamanda Missandeiyi ələ keçirərək "Kings Landing"ə doğru istiqamətləndi. Tyrionun görüşmək üçün cəhdləri müsbət nəticə vermədiyinə görə Missandeinin taleyi artıq bəlli idi. Cersei Missandeinin edam edilməsini tələb etdi. Grey Worm bu zaman başını çevirsə də Daenerys bu mənzərəni gözlərini qırpmadan izlədi.

Bu vaxta qədər serialda faciəvi ölümlər çox izlənilib. Xüsusən  Missandeinin ölümü izləyiciləri daha çox məyus etdi. Daenerys tərəfindən azad edildikdən sonra əjdaha kraliçasının ən yaxın dostu olan bu obraz ölümünü gözləyərkən bir damla göz yaşı axıtmayacaq qədər qürürlu idi.

Aydındır ki, Viserionu, Jorahı və ən sonda Rheegalı itirən Daenerys Missandeininin ölümünə çox qəzəbləndi. Missandei və Gray Worm hər şey bitdikdə qaçıb öz həyatlarına başlamağı planlaşdırırdı. Belə görünür ki, Gray Worm da artıq Cersei-də intiqam alanların siyahısında yer alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.