Maraqlı

Silikon Vadisinin məşhur milyonçularının həyat tərzi

9 May 2019 08:05
0 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyonlarla insana məhsullarını təqdim edən milyarderlərin hansı həyat tərzinə sahib olduğu hər zaman maraqla izlənilir.

Milli.Az chip.az-a istinadən bildirir ki, ABŞ-ın Kaliforniya əyalətində olan Silikon Vadisi bir çox texnologiya və internet nəhənginə ev sahibliyi edir. Jeff Bezosdan Elon Muska, Mark Zuckerberqdən Jack Dorseyə qədər bir çox milyarderin özünə məxsus həyat vərdişləri var. Bunlardan hansının daha mnaraqlı olduğuna qərarı siz verəcəksiniz.

Jack Dorsey

Twitterin təsisçisi və baş icraçı direktoru Jack Dorsey mükəmməl fiziki görünüşə malikdir. Buna baxmayaraq Dorsey heç vaxt idman zalına getmədiyini və şəxsi məşqçisinin olmadığını bildirib. Dorsey haqqında ən maraqlı məqam isə qidalanma vərdişləridir. Həftə içi hər gün yalnız bir yemək yeyən Dorsey həftə sonu yeməkdən uzaq qalmağa çalışır. Digər tərəfdən Dorsey gün boyu müntəzəm olaraq multivitamin və C vitaminini qəbul etdiyini qeyd edib.

Elon Musk

21-ci əsrin ən çox müzakirə obyekti olan iş adamlarından biri Elon Musk bir az qaydasız həyat şəraitinə sahibdir. Musk hər səhər saat 7-də oyanır və gecə yatmaq üçün dərman atdığını bildirib. O sevimli içkisinin dietik "Kola" olduğunu və hətta gündə 8 dəfə içdiyini deyib. Həftədə iki dəfə idman zalına gedən Musk "Overwatch" kimi video oyunları sevir. Musk zamanı ən düzgün şəkildə tarazlaşdırmaq üçün 5 dəqiqəlik periodlara böldüyünü qeyd edib.

Tim Cook

"Apple" şirkətinin baş icraçı direktoru Tim Cook yeni başlayan hər günü yaxşı qiymətləndirmək üçün səhər saat 4-dən oyanır. Tim Cook səhərlər saat 5-də idman zalına gedərək gündəlik məşqlərini tamamlayır. Eyni zamanda yürüş edir, velosipedlə də gününü zənginləşdirir. Tim Cookun 7 saat yatdığını nəzərə alsaq axşam 9-a kimi yatdığını söyləyə bilərik.

Bundan başqa "Facebook"un baş icraçı direktoru Mark Zuckerberg, "Microsoft"un qurucusu Bill Gates, "Google"nin CEO-su Sundar Pichai və Silikon Vadisinin digər məşhur milyarderlərinin maraqlı həyat tərzləri haqqında daha ətraflı məlumat almaq üçün "Business Insider"in orijinal məzmunundan yararlana bilərsiniz. Xatırladaq ki, məzmun ingilis dilindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.