Maraqlı

"Windows 10"-a keçməyə tələsmirlər

9 May 2019 08:51
1 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"NetMarketShare" resursu masaüstü əməliyyat sistemlərinin qlobal statistikası haqqında hesabat dərc edib. Hesabata əsasən, 2019-cu ilin aprelində "Windows 10" sisteminin bazar payı tədricən artmağa davam edib və 44,10% təşkil edib, mart ayının nəticəsinə görə, bu göstərici 43,62%-ə bərabər idi.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Windows 10" sisteminin bazar payının tədricən artmasına baxmayaraq, "Windows 7" sözügedən əməliyyat sisteminin əsas rəqibi qalmağa davam edir. Cari ilin martında "Windows 7"-nin bazar payı 36,52% təşkil edirdisə, apreldə bu göstərici 36,43%-dək azalıb. Əməliyyat sistemlərinin populyarlıq səviyyəsinin dinamikası onu göstərir ki, "Microsoft" korporasiyasının bütün cəhdlərinə baxmayaraq istifadəçilər "Windows 10" sisteminə keçməyə tələsmirlər.
 
Bazar payı 4,22% təşkil edən "Windows 8.1" sistemi üçüncü yerdə qərarlaşıb. Növbəti yeri 2% bazar payına sahib "Mac OS X 10.13" platforması tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.