Maraqlı

Trampın reytinqi bütün prezidentlik dövründə ən yüksək həddə çatıb

8 May 2019 07:35
0 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donald Trampın ABŞ prezidenti postunda fəaliyyətinin dəstək reytinqi bütün prezidentlik müddətində ən yüksək səviyyəyə - 46 faizə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat "Gallup" sosiologiya xidmətinin keçirdiyi tədqiqatda yer alıb. Sosioloqlar Trampın populyarlığının gözləniləndən daha çox olmasını ölkədə ÜDM-nin artımı və iş yerlərinin sayının çoxalması, həmçinin xüsusi prokuror Robert Müllerin təhqiqatının nəticəsiz sona çatması ilə əlaqələndirirlər.

ABŞ prezidentinin demokratlar tərəfindən dəstək səviyyəsi bir neçə ay ərzində 4 faizdən 12 faizə qədər artıb. Donald Trampın prezident postunda fəaliyyətinin respublikaçılar tərəfindən dəstəyi isə 90 faizi keçir. Bununla yanaşı, Birləşmiş Ştatlar liderinin fəaliyyətindən narazılıq səviyyəsi 50 faiz təşkil edib.

Tədqiqat telefon vasitəsi ilə 18 yaşdan yuxarı 1024 amerikalı arasında aparılıb.

Aprel ayının əvvəlində Trampın dəstək reytinqi 6 faiz artaraq 45 faizə çatmışdı. Bundan öncə onun dəstək reytinqinin belə yüksək göstəriciləri 2017-ci ilin yanvarında, prezident postunda fəaliyyətinin birinci həftəsində və 2018-ci ilin iyununda, KXDR lideri Kim Çen Inla birinci görüşündən sonra qeydə alınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.