Maraqlı

"Ford" 19 min avtomobili geri çağırır

8 May 2019 01:30
0 Şərh     Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın qabaqcıl avtomobil istehsalçısı "Ford" Çindəki müştərək müəssisəsində istehsal olunan 19 min avtomobili mühərrik nasazlıqlarına görə geri çağırmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Mayın 6-dan başlanan proses zamanı ötən ilin sentyabr-dekabr aylarında istehsal olunmuş "Escort" modeli avtomobillər geri çağırılır. Bildirilir ki, həmin avtomobillərin mühərrikini işə salan qurğudakı nasazlıqlar qısaqapanmaların yaranmasına və nəticədə mühərrikin alovlanmasına səbəb ola bilər.

"Ford"un Çindəki müştərək müəssisəsi olan "Changan Ford Automobile" nasaz hissələri öz hesabına dəyişəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.