Maraqlı

Dünyanın ən eybəcər avtomobilləri - SİYAHI və FOTOLAR

10 May 2019 23:03
3 Şərh     Baxış: 2 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox avtomobil istifadəçisi üçün nəqliyyat vasitəsi çox əhəmiyyət kəsb edir. Bu səbəbdən də avtomobil istehsalçıları hər il modelləri təkmilləşdirirlər. Bəziləri isə bazar keyfiyyətini unudur və ortaya eybəcər modellər çıxır.

Milli.Az ölkə.az-a istinadən dizayn və görünüşünə görə ən uğursuz və eybəcər avtomobil modellərini təqdim edir.

Lightburn Zeta

Modeli "Lamborghini" istehsal edib. Betonqarışdıran şirkətin istehsal etdiyi model belə oldu. "Lamborghini" səhvini tezliklə anladı və 1965-ci ildə "Zeta"nı istehsaldan yığışdırdı.

Pontiac Aztec

Ailəvi miniven Meksikada istehsal edilib. Bəlkə də ailəvi olduğuna görə korpusu ütü formasında olub. Bununla yanaşı, ön panelə bəzi idman elementləri əlavə ediblər.

Covini C6W

İdman üslublu bu avtomobil "Formula -1" bolidi əsasında hazırlanıb. Hətta yarış mərhələlərindən birinin də qalibi olub. Amma reqlamentə cavab vermədiyi üçün yığışdırılıb.

Sebring-Vanguard CityCar

Floridanın kiçik şirkəti şəhər üçün büdcə avtomobili istehsal edib. Bir dövr onun forması populyar olsa da, 1978-ci ildə dəbdən düşdü. Bu günə qədər də fanatlar və kolleksionerlər tərəfindən sevilir.

Fiat Multipla

"Fiat"ın bu modeli ördəkburuna bənzəyir. Avtomobilin ön hissəsində üç cərgə fənər var. Ön şüşə ilə kapotun arasındakı hissə insanın buxaq hissəsinə oxşayır. Cihazlar qurğusu isə panelin mərkəzinə yerləşdirilib. Niyə?

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.