Maraqlı

Ərdoğan futbolçunun nikah şahidi olacaq

5 May 2019 18:40
1 Şərh     Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın türk ulduzu Mesut Özil nişanlısı Amina Gülşe ilə iyunun 7-də nikah masasına oturacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Almaniya nəşrləri məlumat yayıb. Futbolçunun nikah şahidinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacağı bildirilib.

Özilin keçmiş futbolçu dostlarının nikaha qatılmasını istəmədiyindən 7 iyun tarixini seçdiyi iddia edilib. Xəbərə görə, iyunun 8-də Belarus-Almaniya matçı keçiriləcəyi üçün onun sabiq komanda yoldaşları nikaha qatıla bilməyəcəklər.

2 il əvvəl nişanlanan cütlüyün toyu İstanbulda "Four Seasons Bosphorus" otelində keçiriləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.