Maraqlı

Məşədi Məhəmməd Bülbül kim olub?

4 May 2019 14:29
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən xanəndə, şair Məşədi Məhəmməd Bülbül haqqında məqalə yaradılıb.

Məşədi Məhəmməd Bülbül 1858-ci ildə Şuşada anadan olub. Təhsilini Şuşada Molla İbrahimin məktəbində alaraq, ərəb, fars dillərini öyrənib. Məktəbdə oxuduğu vaxtlarda Şərq ədəbiyyatını dərindən mənimsəmiş, el ədəbiyyatı və aşıq qoşmalarına maraq göstərib.

Azərbaycanlı tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" əsərində də Bülbül haqqında məlumatlar verib. Əsərdə Nəvvab Bülbül haqda qısa məlumat verir və onun yeddi şeirini təzkirəyə daxil etdiyini yazır. Bu təzkirə yazılan vaxt Məşədi Məhəmmədin 28 yaşı var idi.

Məşədi Məhəmməd Bülbül 1918-ci ildə dünyasını dəyişib.

Məqalənin davamını aşağıdakı linkdən oxumaq mümkündür:

https://az.wikipedia.org/wiki/M%C9%99%C5%9F%C9%99di_M%C9%99h%C9%99mm%C9%99d_B%C3%BClb%C3%BCl

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.