Maraqlı

Gəncə qapısı haqda şok iddia: Gürcülərin tarixi yalanı?

4 May 2019 15:24
2 Şərh     Baxış: 5 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılan qapının qədim Gəncə şəhərinin giriş qapısı olmasına heç bir şübhə yoxdur.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözügedən qapının, əslində, Gəncənin giriş qapısı olmaması iddiasına cavab olaraq deyib.

O xatırladıb ki, Gəncə qapısı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb:

"1139-cu ilin sentyabrında güclü zəlzələ şəhəri dağıdıb və bundan istifadə edən Gürcü çarı Demetre hücum edib şəhəri talayıb, qənimətlər arasında Gəncə qapısını da aparıb.

Qapının bir tayının olmamasına səbəb isə gürcü monarxlarının əmri ilə həmin tayın təmir zamanı monastırın tavanına hörülməsi olub".

Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Gəncənin əsas giriş qapısı haqqında aşağıdakı iddia ilə çıxış edib:

"Bəzi mənbələrdə yazılır ki, guya gürcü monarxlarının əmri ilə Gəncə qapısının bir tayından mismar kimi istifadə edilib. Düşünürəm ki, gürcülər əsl Gəncə qapılarının Azərbaycana nə zamansa qayıdacağını düşünərək, belə bir saxta tarix uydurublar və orijinal qapıları Gürcüstanda hardasa gizlədirlər. Bizə isə kiçik bir qapını göstərirlər.

Mən əminəm ki, bu gün Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılan qapı əsl Gəncə qapısı deyil. Bu, Gəncəyə aid olsa da, qalanın giriş hissəsindəki qapı deyil. Orda bunu mütləq tədqiq etmək lazımdır. Gürcülər bizim bir çox qədim əşyamızı bu qapı kimi haradasa bərk-bərk qorumaqdadırlar"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.