Maraqlı

Məşhur aktyor vəfat etdi - FOTO

3 May 2019 09:39
0 Şərh     Baxış: 4 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyonlarla tamaşaçı kütləsi toplayan "Ulduz savaşları" filminin aktyoru Piter Meyhyu vəfat edib.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, 74 yaşlı aktyor Texasdakı evində gözlərini əbədi olaraq yumub. Bu barədə mərhumun ailəsi açıqlama verib. Açıqlamada Meyhyunun ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib. Aktyor filmdə Çevbakka obrazını canlandırmışdı.

Piter Londonun Barnes rayonunda anadan olub. Aktyorluqdan əvvəl Londondakı "King's College Hospital"da işləyib. İlk dəfə 1977-ci ildə "Sindbad və pələng gözü" filmi ilə səhnəyə çıxıb. Sonradan isə rejissor Corc Lukas onu "Ulduz savaşları" filminə dəvət edib. 2005-ci ildən ABŞ vətəndaşıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.