Maraqlı

Smartfon satışları azalır

4 May 2019 08:31
0 Şərh     Baxış: 596

Cari ilin birinci rübünün yekunları üzrə qlobal smartfonlar bazarında yenidən azalma qeydə alınıb. Bu barədə "International Data Corporation" (IDC) tədqiqat şirkətinin açıqladığı statistikada deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yanvar-martda dünyada satılan smartfonların sayı 310,8 milyon smartfon təşkil edib. Bu, tədarük həcminin 332,7 milyon ədədə bərabər olduğu 2018-ci ilin birinci rübü ilə müqayisədə 6,6 faiz azdır. Beləliklə, bazarın həcmi ardıcıl altıncı rübdür azalır.

Rübün yekunlarına görə, ən böyük istehsalçı 71,9 milyon satılan smartfon və 23,1 faiz payla Cənubi Koreyanın "Samsung" şirkəti olub. Lakin illik hesablamada şirkətin qurğularına tələbat 8,1 faiz azalıb.

İkinci yerdə rüb ərzində 59,1 milyon smartfon satan Çinin "Huawei" şirkəti qərarlaşıb ki, bu da bazarın 19,0 faizinə bərabərdir. Bundan başqa, "Huawei" liderlər arasında ən böyük ( 50,3 faiz) artım tempi nümayiş etdirib.

Liderlər üçlüyünü tamamlayan "Apple" şirkəti 36,4 milyon "iPhone" modeli satmaqla sahə üzrə 11,7 faiz paya sahib çıxıb. "Apple" qurğularının tədarükündə təxminən 30,2 faiz azalma qeydə alınıb.

Dördüncü pillədə 25,0 milyon smartfon tədarük edən "Xiaomi" şirkəti yer alıb ki, bu da 8,0 faiz paya bərabərdir. İllik hesablamada Çin şirkətinin qurğularına tələbat 10,2 faiz azalıb.

Beşinci yer müvafiq olaraq 23,2 və 23,1 milyon qurğu satan "Vivo" və "OPPO" arasında bölüşdürülüb. Şirkətlərin payı 7,5 və 7,4 faiz təşkil edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.