Maraqlı

Kann kinofestivalının təşkilatçıları jürinin tam tərkibini açıqlayıb

1 May 2019 02:30
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan aktyoru və ssenaristi Yorqos Lantimos, polşalı rejissor Pavel Pavlikovski və aktrisa El Fanninq 72-ci Kann kinofestivalının münsiflər heyətinə daxil olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ekran əsərləri, həmçinin ssenarist Roben Kapiyo, kinorejissorlar Enki Bilal və Aliçe Rorvaher tərəfindən qiymətləndiriləcək. Jüriyə meksikalı rejissor Alehandro Qonsales İnyarritu başçılıq edəcək.

Mayın 14-25-də keçiriləcək festivalın seçim komitəsinə təxminən 2 min tammetrajlı əsər daxil olub. Onların arasından yalnız 60 film Kann kinofestivalı üçün seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.