Maraqlı

“Kiminsə arvadına sataşmışam?” - Mədətovdan açıqlama

30 Aprel 2019 15:46
13 Şərh     Baxış: 5 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və yenidən ailə qurması barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, şəxsi həyatının gündəmə gətirilməsini istəmir:

"Həyatdır, hər şey ola bilər. Heç kəs insanın şəxsi həyatına qarışa bilməz. Düzdür? Sayt məlumatı yayıb, mən də vəkilə müraciət edəcəm. Ailə məsələsidir. Kiminsə övladını ac qoymuşam, kiminsə arvadına sataşmışam, pislik etmişəm? Bu mənim həyatımdır, özüm bilərəm". 

Prodüserin futbolçu oğlu Mahir isə instaqram səhifəsində soyadını dəyişdirərək "Əmrəli" qoyub.  O, hətta hesabında ailəsindəki son vəziyyətlə bağlı aforizm paylaşıb:

"Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməyidir". 

Bundan əlavə, futbolçu atası ilə fotolarını da instaqram səhifəsindən silib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.