Maraqlı

Kardi B: "Bakı məni yordu” - FOTO

29 Aprel 2019 09:35
1 Şərh     Baxış: 5 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölmüş bir həşərat kimi uzanmışam. Bakı məni yordu".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Bakıda konsert verən dünyaca məşhur ifaçı Kardi Bi İnstaqram hesabında yazıb.

O, səhnədə sevilən hitlərini səsləndirib. Daha sonra isə Azərbaycan barədə fikirlərini sosial media hesabında yazıb.

Müğənni evinə geri qayıtmaq üçün təyyarədə13 saat yol gedəcəyini bildirib.

"Formula 1 üçün məni seçdiyinə görə, Azərbaycana təşəkkür edirəm. Gözəl şəhər, gözəl insanlar və ləzzətli yeməklər", - o, ölkəmizdən bəhs edib.

Qeyd edək ki, sənətçi səhnəyə çəhrayı libasda çıxıb, onu bənzər geyimdə olan rəqqaslar müşayiət ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.