Maraqlı

Məşhur aktrisa intihar etdi

26 Aprel 2019 19:44
0 Şərh     Baxış: 1 444

Kanadalı model və aktrisa Stefani Şerk intihar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda onu əri Demian Bişir İnstaqramda yazıb.

"Bu, bizim həyatımızın ən kədərli dövrüdür. Bu acını necə atlatacağımızı bilmirəm" deyə, o yazıb.

37 yaşlı aktrisanı ailəsi bir neçə gün öncə huşsuz halda hovuzda tapıb. 8 gün klinikada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Şerkin intihar etdiyi bildirilir. O, uzun müddətdir ki, depressiyadan əziyyət çəkirmiş.

Stefani Şerk "Körpü", "Telenovella" kimi məşhur seriallarda çəkilib.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.